Flower of the Universe
Flower of the Universe (azərb. Kainatın gülləri) — Böyük Britaniya bəstəkar-müğənnisi Şade Adu tərəfindən ifa edilmiş və "Zamanın döngəsi" filminin eyni adlı musiqi albomuna daxil olan sinqldır. Şade, Endryu Heyl və Ben Travers tərəfindən yazılmış və prodüserlik edilmiş mahnsı ifaçının yeddi illik fasilədən sonra ifa etdiyi ilk mahnıdır.
== Ərəfə ==
20 fevral 2018-ci ildə filmin rejissoru Ava Düverney Şadenin gif fotosunu tvit etməklə mahnını elan etmişdir. "Mən inanmırdım ki, o, hə deyər, amma soruşmaq qərarına gəldim. O, xoş razılıq verdi. İlahə. Biz birlikdə heç vaxt unuda bilməyəcəyim macəraya başladıq. Fəxrlə elan edirəm ki, Şade "Zamanın döngəsi" üçün orijinal mahnı yazacaq. Mahnı 'Flower of the Universe' adlanır.